Aşura günü Kərbəlanı ziyarət edənlərin sayı açıqlandı

Aşura günündə Kərbəlaya 6 milyon 400 min ziyarətçi gəlib.

 

"Əl-Fərat əl-Əvsət əməliyyat komandiri general-mayor Qeys əl-Muhammədavi dünən verdiyi açıqlamada, Aşura günündə Kərbəlanın 6 milyon iraqlı və 400 min əcnəbi qonağa ev sahibliyi etdiyini açıqlayıb:

"Aşura mərasimi dünən Kərbəla şəhərində əmin-amanlıq içində baş verib. İraqlı ziyarətçilərlə yanaşı eləcə də Azərbaycan, İran və digər İslam və Ərəb ölkələrindən ziyarətçilər mərasiminə iştirak ediblər."

Dünən İmam Hüseyn (ə) və Aşura şəhidləri üçün bütün dünya miqyasında mərasimləri keçirilib Əhli-Beyt imamlarının (as) 3-cüsü və sadiq səhabələri rəhmətlə anılıblar.

Kərbəla faciəsindən əsrlər keçməsinə baxmayaraq, bu hadisə əhəmiyyətini itirməyən, daşıdığı mesaj hər keçən gün daha da başa düşülür və keçirilən yas mərasimləri isə daha məzmunlu şəkildə baş verir.

islamazeri.com