Məddahan Əhli-Beyt Cəmiyyəti

          Aşura hadisəsinin və Kərbəla məktəbinin diri qalmasında Əhli-Beyt şairlərinin və məddahlarının xüsusi rolu vardır. Bugün dümək olar ki məddahlar bir növ Xanım Zeynəbin Kərbəlada başlatdığı hərəkatı davam etdirirlər.

       Lakin təəssüflər olsun ki, bu sahədə də bəzi çatışmazlıqlar mövcuddur və bəzən bu nöqsanlar hətta düşmən dəyirmanına su tökmüş olur. Məddahların bəzən tarixi həqiqətlərə söykənməyən hadisələri nəql etmələri məzhəbin qınaq və gülüş hədəfinə çevrilməsinə səbəb olur.

       Məddahan Əhli-Beyt Cəmiyyətinin yaranmasını zəruri edən səbəblərdən biri də məhz bu məsələdir. Cəmiyyətin əsas hədəfi məddahlıq sahəsində mövcud olan naqislikləri araşdırıb üzə çıxrmaq, dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən məddahları tanıtdırmaq, məddahların bir-biri ilə əlaqəsini qurmaq, məddahlıq sahəsinə öz imzasını atmış tanınmış ustadların dərslərini təşkil etmək və ümumilikdə bu sahənin məqsədyönlü və sistemli inkişafına nail olmaqdır.

         Məddahan Əhli-Beyt Cəmiyyəti məddahlıq ilə məşğul olan və yaxud  bu sahədə hər hansı bir istedada malik olan şəxsləri əməkdaşlığa dəvət edir.