Məddah necə olmalıdır?

Məddah ərəbcə bilməli, tarix oxumalı, həm də imamşünas olmalıdır!

Əhli-Beyt (ə) məddahı doktor Şücaifərd ilə söhbət

Cənab Əli İnsani gözəl söz deyir. Buyurur ki, şəhidlərin doğranmasından danışmaqla xalqı ağlatmağa çalışmayın. Əgər Allahın höccəti olan İmam Huseynin (ə) yerdəki cəsədi üzərindən atların keçməsini düzgün təsvir etsək ağlamaq üçün bəs eliyər.

Fərhəng News xəbər agentliyi yazır: Doktor Məhəmməd Həsən Şücaifərd 38 ildir elm və texnologiya universitetində çalışır. Onun 200-ə yaxın beynəlxalq mətbuatda çıxmış məqaləsi, beynəlxalq tədbirlərdə oxunmuş onlarla yazısı var. 180 elmi işə 20 doktorluq işinə rəhbərlik edib. Doktor Şücaifərd gənclik yaşlarında böyük qardaşının yolunu gedərək məddahlığa başlayıb. Doktor Şücaifərd məddahlığı özünə iftixar sayır. Xüsusilə inqilab dövründə inqilabi mövzuda mətnlər oxuyub. 30 il bundan öncə Britaniyada doktorluq işinin müdafiəsi zamanı farsdilli və ərəbdilli şiələrin mərasimlərində məddahlıq edib. Londonda ilk sinəvurmaq mərasimlərini təşkil edib, bir Birmenghamda bu günə qədər həmin ənənə davam edir. Xoş xatirələrindən biri Nyu-York küçələrində növhə oxumasıdır. Şəmsi 1372-ci ildə aşura günü elmi konfransda işirak etmək üçün Amerikaya gedib. O Nyu-Yorkda şiələrin sinəvurma mərasimlərinə qatılıb. İki saata yaxın farsdilli və ərəbdilli şiələr üçün növhə oxuyub. Doktor Şücaifərd daha çox klasik mətnlərdən istifadən edir və özünün də şeirlər məcmuəsi var. O hazırda Tehran məscidlərindən birində əzadarlıq mərasimlərində məddahlıq fəaliyyətini davam etdirir. Bu Əhli-Beyt (ə) məddahı ilə söhbətdə məddahların Cənab Rəhbər Ayətulah Xamenei görüşü yada salınıb. Həmin görüşdə Cənab Rəhbər məddahların məsuliyyətlərindən danışmışdı.

Sual: Siz bir məddah olaraq Cənab Rəhbərlə məddahların görüşündə iştirak etmisiniz. Cənab Rəhbərin məddahlara ünvanlanmış hansı tövsiyələri diqqətinizi çəkdi?

Cavab: Həzrət Ağa uzun müddətdir məddahlıq fəaliyyətləri ilə maraqlanır. Məncə 1368-ci ildən bu sahəyə diqqəti böyükdür. Prezident olduğu dövrdə də məddahlığa diqqətli idi. Bu sahəyə daha çox 1372-ci ildə diqqət ayırdığını görmüşəm. O vaxtdan indiyə qədər də hər il bu barədə tövsiyələri olur.

Televiziya şirkəti “Şərhi-mədh” adlı sənədli bir film hazırlamışdı. Bizim həzrət Ağa ilə görüşümüzdən bir gün qabaq, yəni Həzrət Zəhranın (s) milad gecəsi həmin film ekrana çıxdı. Çox istərdim ki, bütün Əhli-Beyt (ə) aşiqləri, məddahlar bu filmə baxsınlar. Həmin filmdə çox dəyərli nöqtələrə toxunulub. Orada Cənab Rəhbərin diqqət yetirdiyi əksər nöqtələr yer alıb.

Təəssüf ki, xüsusi ilə inqilabdan sonra məddahlıq sahəsində bir dəyişiklik qeydə alındı. Cənab Rəhbərin buyurduğu kimi, son illərdə məddahlar oxuduqları mətnlərin mənbəsinin mötəbərliyinə lazımi diqqət yetirmirlər.

Sual: Necə düşünürsünüz, dini məfhumların cəmiyyətə çatdırılmasında məddahlığın rolu böyükdür?

Cavab: Cənab Rəhbərin toxunduğu nöqtələrdən biri bu oldu ki, hazırki şəraitdə məddahlıq dini məfhumların cəmiyyətə çatdırılmasında çox təsirlidir. Təəssüf ki, bu gün əksər məscidlərdə namaz qılanların böyük bir hissəsini yaşlı nəsil təşkil edir. Amma məddahlıq sahəsində belə deyil. Məddah məclislərində iştirakçıların əksəriyyəti gənclərdir. Cənab Rəhbər xüsusi tövsiyə etdi ki, məddahlıqda cəmiyyətə ötürülən məlumatların dəqiqliyinə xüsusi diqqət yetirilsin. Həzrət Ağanın nəzərincə, heç vaxt Əhli-Beyt (ə) maarifinin yayılması üçün bugünkü şərait olmayıb. Belə bir şəraitdə təbii ki, məddahların məsuliyyəti ağırlaşır. Mən şahid olmuşam ki, siyasətçilərimizdən biri cəmiyyətdə dini dəyərlərin inkişaf etməməsi ilə bağlı nigarançılığını bildirib. O deyirdi ki, bütün şəhərə elanlar yapışdırılsa da nəzərdə tutulmuş mərasimə ən azı iki min nəfər gələcəyi gözlənildiyi halda iki yüz nəfər gəlib. İndi görək Ərk məscidində hacı Mənsur Ərzinin məddahlıq mərasimində nə qədər insan iştirak edir? Qətiyyətlə deyirəm ki, məsciddə yer olmur, hətta məsciddən bayırda da insanlar toplaşır. Aydın olur ki, insanlarımız Əhli-Beyt (ə) aşiqidirlər və bu eşqə görə məddahlığa böyük maraq göstərirlər.

Sual: Bəzi məddahlar xurafat çox yer verir. Yaxşı olmazmi ki, Əhli-Beytin (ə) zahiri baxımdan vəsfini kənara qoyub bəsirət və mərifətindən danışılsın?

Cavab: Cənab Rəhbərin məddahlarla son görüşündə nüvə məsələsi və Yəmən məsələsinə xüsusi diqqət verildiyindən məddahlığla bağlı bəzi nöqtələrə toxunulmadı. Amma əvvəlki görüşlərdə bu mövzuda daha geniş söhbət aparılır. Cənab Rəhbər buyurdu ki, Əhli-Beyt (ə) aşiqi olan xalqımızın qulağı və qəlbi sizin sözlərinizin intizarındadır, siz çalışmalısınız.

Sual: Gənclərimizin bu sahədə ehtiyacı nədir?

Cavab: Gənclərimiz Həzrət Əbul-Fəzlin bəsirətini, Həzrət Əli Əkbərin imama mütiliyini görməyə ehtiyaclıdırlar. Bəziləri təəssüf ki xurafata daha çox yer verir. Belə mərasimlərdə gənclərin ürəkaçmayan görkəmdə emosional hərəkətləri aruzlanan deyil. Belə əzadarlıq mərasimi Əhli-Beytin (ə) şənində deyil. Cənab Rəhbər buyurdu ki, gənc nəsil məddah məclislərinin aşiqidir. Onlarda daxili bir enerji var. Həmin enerjinin yanlış yolda işlənməsinə yol verilməməlidir. Təəssüf ki, bu gün bəzi əzadarlıq mərasimlərində məhz bu enerjidən azad olmaq istiqamətində hərəkətlər müşahidə olunur. Öncə qeyd etdiyimiz kimi, əzadarların geyim forması, qızğın fiziki hərəkətləri bu qəbildəndir. Məddahın şəhadət yolunu gedənlərin zahiri gözəlliyindən danışması, məsələn Həzrət Əbulfəzlin göz və qaşını təsvir etməsi dinləyici üçün bir o qədər də faydalı deyil. Məddahlar cəmiyyətə necə yaşamağı, Əhli-Beytin (ə) həyat tərzini göstərməlidirlər. Qədimdə məddahlar daha çox Əbulfəzlin gözəlliyindən oxuyardılar. Amma İmam Sadiq (ə) buyurur ki, əmim Abbas böyük bəsirət sahibi idi. Demək, biz məddahlar da bu bəsirət üzərində işləməli, xalqa həmin bəsirətlə bağlı zəruri nöqtələri çatdırmalıyıq. Əgər cəmiyyətimiz bəsirətli olsa düşmənlərin fitnəkar planları da puça çıxar, bugünkü cəmiyyətimizdə də sabitlik möhkəmlənər. İmam Huseyin (ə) “İnna lillahi və inna əleyhi raciun” deyəndə Həzrət Əli Əkbər bu ayəni oxumasının səbəbini soruşdu. İmam buyurdu ki, yuxuda bu karvanı ölümün təqib etdiyini gördüm. Əli Əkbər hansı yolu gedəcəkləri barədə soruşmur. Sadəcə bu yolun haqq olması barədə sual verir. İmam Huseyin (ə) bu yolun haqq olduğunu bildirir. Əli Əkbər imamın sözündən sonra deyir ki, onda ölümdən qorxmağa dəyməz. Əli Əkbər kimi bir gəncin haqq yolda ölümü gözə alması mühüm bir hadisədir.

Əgər məddah hadisələrin mahiyyətini, Əhli-Beytin (ə) bəsirətini dinləyiciyə çatdırarsa gənclər Əli Əkbərin boy-buxunu, onun ailə qurmaması barədə düşünməz. Əslində bunlar yalandır. Əli Əkbər Ümmül Vəəd adlı xanımla ailə qurmuşdur və iki övladı olmuşdur. Əli Əkbərin 17 yox 27 yaşı olub. Mən İmam Huseyin (ə) haqqında ayrıca kitab yazmışam və mənbələrlə tanışam. Məddahlar oxuyurlar ki, Həzrət Qasim əmisinin ayağına düşüb yalvarır ki, döyüş meydanına getsin. Onun 13 yaş olduğu söylənilir. Yaşlarla bağlı səhvlər çoxdur. Həzrət Qasimin yaşı 13-dən çox olub. İmam Huseynin (ə) dörd oğlu olub və bu dörd övlad döyüş meydanında olub. Bu övladların yaşı ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Eyni zamanda İmam Həsənin (ə) kiçik oğlu Abdullahın 8 yaşı ola bilməz. Tələbələr məndən soruşur ki, məgər İmam Huseyin (ə) 50-ci ildə şəhid olmayıb? Əgər Kərbəla hadisəsi 60-cı 61-ci ildə baş veribsə İmam Həsənin (ə) övladının 11 yaşı ola bilərmi? Bu yeniyetmənin qəhrəmanlıqları ilə bağlı deyilənlər həm də şübhələr yaradır. Kərbəla hadisəsinin düzgün çatdırılması sayəsində Avropanın eyş-işrət məkanına çevrilən Livandan mübariz gənclər ayağa qalxır, İsrailə qarşı 33 günlük müharibədə qəhrəmanlıq göstərərək işğalçı rejimə diz çökdürürlər. İşğalçı rejimi dizə çökükürlər. Bu nöqtələrə diqqət etmək lazımdır.

Sual: İnsanları həyəcanlandırmaq üçün olmayan hadisələri danışmağa icazə verilirmi?

Cavab: Dinləyicilərin həyacanlanması üçün olmayan hadisələri dilə gətirməməliyik. Təəssüf ki, təkcə məddahlar yox, bəzi alimlərimiz öz kitablarında xurafatlara yer veriblər. Məddah dinləyicini ağlatmağa xatir mötəbər olmayan mənbəyə müraciət edir. Amma nəzərdə saxlayaq ki, bütün bunlar mənbələrdə qeyd olunub. Görün Həzrət Zeynəbin övladları haqqında nə deyilir? Onların yaşı 25-dən yuxarı olub. Ailə qurublar, övladları olub. Biz isə oxuyanda Zeynəbin körpələri deyirik. Hansı ki, Zeynəbin övladları körpə olmayıb. Aşura gecəsi Həbib ibn Məzahir Bəni Əsər tayfasının görüşünə gedəndə Həzrət Zeynəbin övladları da onun yanında olub. Məddahın dinləyicini ağlatmaq üçün metodlarından biri də qəhrəmanların yaşını az göstərməkdir. Xurafat heç bir halda bəyənilə bilməz. Əlsində Əhli Beytin (ə) xurafat ehtiyacı yoxdur. Başqa bir misal. İmam Huseynin (ə) övladlarından birinin adı Bu Bərk olub. Adı Bu Bəkr olduğundan onun adı heç bir mənbədə qeydə alınmayıb. Kərbəla hadisələrinin nəql olunduğu mənbələrə nəzər salanda şahid oluruq ki, səhnədəkilərin bir çoxu yaşlı insanlar olub. Əslində isə belə deyil. Ömər Sədin qoşunundan aşura gecəsi ayrılıb İmam Huseynə (ə) qoşulan 80 nəfərin əksəriyyəti gənclər idi. Bəli, məddahın böyük imkanları var. O həqiqətin sorağına gedir düşmən təbliğatlarının qarşısını ala bilər, ya da xurafata yol açar. Buna görə də həzrət Ağa məddahların böyük təbliğat imkanlarını vurğuladı.

Həzrət Ağanın işarə etdiyi mühüm nöqtələrdən biri bu oldu ki, rəhbərin gənc olduğu dövrlərdə Məşhəddə, Tehranda, eləcə də Qumda az məddah olub və oxunan rövzələr də təkrar olub. Hazırda vəziyyət dəyişib. Həzrət Ağa ilə son görüşdə təkcə fars ustanından böyük bir qrup məddah gəlmişdi. Onlar dedilər ki, biz yeddi min məddahı təmsil edirik. Əgər bütün məddahlar öz məsuliyyətlərinə əməl etsələr onların işi informasiya vasitələrinin işindən güclü olar. Məddahların fəaliyyəti üçün müxtəlif aylarda çeşidli tədbirlər var. Onlar bu tədbirlərdə öz çıxışları ilə xalqın mərifətini, bəsirətini gücləndirə bilərlər. Məddah öz məlumatını artırmalıdır ki, dinləyiciyə məlumat ötürə

bilsin. Görün cənab Müəllimi kimi bəsirətli bir şairlə cənab Ahəngəran müharibə dövründə necə şövq yaratdılar. Dinin, quranın, Əhli-Beytin (ə) göstərişləri çərçivəsində yazılan və oxunan mətnlər inqilabı-i ruhiyyəni gücləndirirdi.

Sual: Məddahda hansı xüsusiyyətlər olmalıdır?

Cavab: Məddah hökmən ərəb dili ilə tanış olmalıdır. Ərəbcə bilməyən bir şəxs ərəbcə mətni nəql edə bilməz. Əgər bir hədis oxuyursa özü ərəbcə bilməli, dediklərini başa düşməlidir. Başa düşmədiyi bir şeyi dinləyiciyə çatdıra bilməz. Həzrət Ağa ilə son görüşdə məddahlardan biri danışarkən ərəbcə sözü düzgün işlətmədi. Bu onu göstərir ki, məddahlar ərəb dili üzərində işləməlidir.

Digər tərəfdən məddah islam tarixini gözəl bilməlidir. Əgər tarixi bilsək, bəzi qaranlıq nöqtələr işıqlanar. Mənbədən oxuyub kor-koranə nəql edirik ki, filan şəxs Kərbəlada filan işi gördü. Amma tarixi oxuyanda aydın olur ki, bu şəxs həmin dövrdə dünyaya gəlməyibmiş. Bir məddah Ayətullah Həkimin hüzurunda Həzrət Müslüm və onun körpələrinin rövzəsini oxudu. Dedi ki, körpələrin başını kəsib Fərata atdılar. Məddah onların cəsədlərini Musibdə tapıldığını söylədi. Onu diqqətlə dinləyən Ayətullah Həkim sual verir ki, Musib hadisə baş verən yerdən yuxarıdadır. Belə çıxır ki, su tərsinə axırmış? Bəli, məlumatlı insan belə söz danışmaz. Kərbəla mövzusunda həqiqətdən uzaqolan mövzulardan biri də əsirlərlə bağlıdır. Əsirlərlə bağlı oxunan mətnlərdə yanlışlıqlar çoxdur. Əsirlər arasında 7-8 kişi olub. Bəzi əsirləri İbni Ziyad Şama göndərməyib. Bəzi əsirlər isə aşura hadisəsindən 6 ay sonra ağır yaralar səbəbindən şəhid olublar. Məddah bütün bunları oxuyub məlumatlanmalıdır. Mərhum Fəlsəfi buyururdu ki, bir saat danışmaq üçün on saat mütaliə etmək lazımdır. Əgər məddah iyirmi dəqiqə oxuyursa ən azı iyirmi dəqiqə mütaliə etməlidir. Bu da var ki, mütaliə etdiyi kitablar mötəbər olmalıdır. Təəssüf ki, bu gün əlimizdə olan kitabların əksəriyyətinin yaşı iki yüz ildən artıq deyil. Biz bu kitablardakı məlumatları qədimi mənbələrlə tutuşdurmalıyıq.

Məddah ərəbcə bilməli, tarixlə tanış olmalı, həm də imamşünas olmalıdır. İmam haqqında söz deyəndə bilməlidir ki, bu söz imamın şənindədir yoxsa yox? Məddahlar oxuyurlar ki, İmam Huseyin (ə) Əli Əkbərin şəhadətindən üzüldü. Məddah şahiddir ki, bugünkü cəmiyyətimizdə şəhid ataları övladlarının fədakarlığından üzülmür, qürur duyur. Belə çıxır ki, onların məqamı İmam Huseyindən (ə) yuxarıdır. Məddah imamın məqamını başa düşərsə belə sözlər danışmaz. Hətta elə mətnlərlə rastlaşırıq ki, İmam Huseyin (ə) Əli Əkbərə meydana getmək icazəsi vermirdi. Mötəbər mənbələrdə isə bunun əksini görürük. Əli Əkbər meydana getmək icazəsi istəyən kimi imam ona icazə verdi. Kərbəlada Leyla adlı bir şəxs olmayıb. Leyla Kərbəla hadisəsindən əvvəl dünyasını dəyişib. Məddah bu mənbələri mütaliə etməsə onun səhvlərə yol verməsi qaçılmazdır. Əgər bu gün təkcə Fars ustanında yeddi min məddah varsa demək biz böyük bir qüvvəyə malikikik və ondan düzgün istifadə etməliyik.

Sual: Təəssüf ki, gənc məddahların qədim mənbələri araşdırmaq imkanı yoxdur. İndi məddahlar evi adlanan bir cəmiyyət yaradılıb. Burada məddahlıq sinifləri fəaliyyət göstərir. Bu cəmiyyətdə mətnlərlə bağlı bir mütəxəssisə ehtiyac olduğunu düşünmürsünüz?

Cavab: Biz gənc olanda məddahlıq edənlərin əksəriyyəti ruhani, tələbələr idi, dini mənbələrlə tanış idilər. Dini təhsili olmayana məddahlıq icazəsi verilmirdi. Düşünürəm ki, bu gün də məddahlıq siniflərində müəyyən dərslər tədris olunmalıdır. Təəssüf ki, aşura hadisələrinin təhrif olunduğu kitablar çoxdur. Məddah bir kitaba baxır və oradan götürdüyü məlumatı mötəbər sayır. Hansı ki, Cəvadi Amuli hər kitabda yazılana etimad göstərməməyi tapşırır. Siz haqlısınız ki, bu siniflərdə ərəb dili, islam tarixi kimi dərslər tədris olunmalıdır.

Ümumiyyətlə, mötəbər saydığımız mətnlərin toplandığı sidilər hazırlaya bilərik. Ayətullah Danişmənd, Cənab Yusifi Qərəvi kimi ustadların köməyinə ehtiyacımız var. Mən bu insanların sözlərindən, yazdıqlarından çox faydalanıram. Əllamə Əsgərinin şagirdi olmuş ayətullah Cavidan çox dəyərli insandır. O Kərbəla hadisəsi ilə bağlı həqiqətdən uzaq olan bir çox iddiaları rədd edir. Ustad buyurur ki, mötəbər olmayan, eyni zamanda təfriqə yaradan məlumatları kənara qoymaq lazımdır. Əgər böyük ustadların söhbətlərini sidilərdə toplasaq məddahlar üçün çox faydalı olar.

Biz adətən Kərbəladan danışanda Əhli-Beyt (ə) şəhidlərini yada salırıq. Olsa-olsa müsibət zikrində Hürrün adını çəkirik. Başqa şəhidlərin adını demək olar ki, ortaya gəlmir. Bir məsihi İslamı qəbul edir və Kərbəlada şəhid olur. Onun iki rəkət namaz qılmağa belə vaxtı olmur. Mərhum Şəriəti buyurur ki, Kərbəla südəmər körpədən 90 yaşlı qocaya qədər insanların sərgisidir. Biz bütün bu insanları xalqa tanıtdırmalıyıq. İnanın ki, Müslüm ibn Əvsəcənin şəhadət hadisəsi zikr olunsa bu insanlara çox təsir edər. Həbib İbn Məzahir, Səd ibn Abdullahın fədakarlıqları mədh olunasıdır. Onlar sinələrini oxa sipər edərək İmam Huseynin (ə) namaz qılmasına şərait yaratdılar. Biz bütün bu insanların adını çəkməliyik. Ən azı müqəddimələrdə onları xatırlamaq lazımdır.

Mən əminəm ki, heç bir məddah mötəbər olmayan söz danışmaq istəmir. Əzadarlıq məclislərində bir müddət gənclərin qeyri-münasib geyimdə əzadarlıq etdiyinə şahid oldum. Amma Həzrət Ağanın tövsiyəsindən sonra vəziyyət dəyişdi. Biz Kərbəla hadisələri barədə lazım olan kitab və sidiləri məddahlara çatdırsaq. Onlar bu mənbələrdən həvəslə faydalanar. Məddahların imamşünas olmasına çalışmalıyıq ki, imamın şənində olmayan sözlər danışmasınlar. İmamı tanıyan məddah imama layiq olmayan mətni oxumayacaq. Mən özüm hətta tanınmış bir şairin şeirində həqiqətdən uzaq nöqtə gördükdə onu islah edirəm. Bu gün türk dilində oxunan məşhur şeirlərdən biri “Ey qələm sözlərində əsər yox” şeiridir. Bu şeirin bir yerində deyilirdi ki, ey imam, mən səndən gözəlini görməmişəm. Mən həmin şeiri fars dilinə tərcümə edəndə dəyişiklik apardım və münasib saymadığım cümləni çıxardım. İmama səndən gözəlini görmədim demək onun şənində deyil. Məddah bu nöqtələrə diqqət yetirməlidir. İndi məddahların əksəriyyəti az-çox yazır. Onlar istifadə etdikləri şeirlərdə münasib saymadıqları nöqtəni əvəz edə bilərlər.

Sual: Elmi düşüncənin məddahlıqda təbliği zəruridirmi?

Cavab: Şübhəsiz ki, incəsənət əsərinə çevrilməyən düşüncə cəmiyyətdə möhkəmlənə bilmir. Həzrət Ağa incəsənət haqqında buyurur ki, hansı düşüncə incəsənət formasında səhnəyə çıxdısa davamlı oldu. Bu çox böyük sözdür. Cənab Rəhbər buyurur ki, məddahın bir beyt şeiri on natiqin işini görə bilər. Demək biz dəyərli şeirlər sorağında olmalıyıq. Cənab Əli İnsani buyurur ki, şəhidlərin doğranmasını nəql etməklə xalqı ağlatmağa səy göstərməyin. Bəli, Allah höccətinin yerdəki cəsədi üzərində atların keçməsi səhnəsini təsvir etmək bəs edir. Amma məddah məharətli, sənətkar olmalıdır. O hadisəni təsvir etməyi bacarmalıdır. Məddahlar oxuyurlar ki, İmam Huseyin (ə) düşmənə müraciətində su istədi. Amma belə bir hadisə baş verməyib. İmamın düşmənə su üçün ağız açması onun şənində deyil. Mənbələrdə bildirilir ki, çadırlarda su olub, amma kifayət qədər olmayıb. Aşura günü isə su tamamilə qurtarıb.

Xatırlayıram ki, müharibə dövründə şəhidlər gətiriləndə onların dəfnində böyük izdiham toplandı. Heç vaxt həqiqətdən uzaq söz danışılmazdı. Şəhidin kimliyini vurğulayıb ağlayardılar. Çünki hər şey göz qabağında idi. Şəhadətdən böyük tərif ola bilməzdi. Şəhidlərin vəsiyyətnaməsini oxuyardılar. Təbii ki, İmam Huseynin (ə) vəsiyyətnaməsi bugünkü şəhidlərin vəsiyyətnaməsindən az əhəmiyyət kəsb etmir. Əli Əkbər bizim şəhidlərimizdən əskik deyil. Öz şəhidlərimizə necə əzadarlıq ediriksə Kərbəla şəhidlərinə də eləcə, səmimi və həqiqətə uyğun əzadarlıq edə bilərik.

Bizim bəzi dinləyicilərimiz yeni söz sorağındadırlar. Bir dəfə mənə mərasimdə məktub göndərdilər ki, lütfən təkrar rövzə oxumayın. Amma hadisə baş verib və hadisə haqqında yazılar yazılıb. Mən bu hadisələrə yeni bir şey əlavə edə bilmərəm. Hazırda əksər məclislərimizdə bir natiq, iki-üç məddah olur. Aydın olur ki, məddahlığıa maraq böyükdür. Ağrıdıcı faktlardan biri də budur ki, dinləyici hikmətli sözdən çox məddahı dinləməyə maraqlıdır. Həyacanı qaldıran şeirlərə maraq böyükdür. Natiqin çıxışından isə daha tez yorulurlar. Məddahlar dinləyiciləri alışdırmalıdırlar ki, məclisdə əvvəlcə söhbət olmalıdır, sonra məddah çıxış etməlidir. Əvvəlcə natiq düşüncə ilə bağlı mövzuları açıqlayır, ardınca məddah insanları duyğulandıran şeirlər oxuyur.

Ümid edirəm ki, Həzrət Ağanın xüsusi diqqəti sayəsində məddahlıq sahəsində islahatlara şahid olacağıq. Həzrət Ağanın tövsiyələri, bu günə qədər ünvanlanan iradları nəzərə almaqla məddahlıq sahəsində daha böyük nailiyyətlər qazana bilərik.

Vilayet.nur-az.com